Spiker komitə sədrinə etiraz etdi

spiker-komite-sedrine-etiraz-etdi
Oxunma sayı: 2411

“Siz bu qanunu “Standarlaşdırma haqqında” qanunla birləşdirib təqdim etmək istəyirdiniz. Halbuki, “Texniki Tənzimləmə haqqında” qanunu  15 dəqiqədir ki, məruzə edirsiniz” 

 “Qafqazinfo” xəbər verir ki, bunu spiker Oqtay Əsədov  parlamentin komitə sədri Ziyad Səmədzadəyə etiraz edərkən deyib.

 O. Əsədov deyib ki, Milli Məclis texniki təşkilat deyil: “Parlament qanunverici təşkilatdır. Ona görə də layihələri ayrı-ayrı təqdim etmək lazımdır. Qanunlar bir-birinə uzlaşmalıdır. Ona görə də onun dilini ikinci oxunuş üçün hazırlamaq lazım idi”.

Qeyd edək ki, Z. Səmədzadə “Standartlaşdırma haqqında” yeni qanun layihəsini təqdimatı zamanı “Texniki tənzimləmələr haqqında” yeni qanun layihəsini də bir yerdə təqdim etmək istəyirdi.