Spiker Zahid Orucu təbrik etdi

Spiker Zahid Orucu təbrik etdi
Oxunma sayı: 1544

Parlamentin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, o, Z.Oruca uğurlar arzulayıb. Həmçinin, millət vəkili Aydın Mirzəzadə deputat həmkarını təbrik edib və bunu böyük etimad kimi dəyərləndirib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev deputat Z. Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi