Spirtli içki və qadınlar qadağan olunmayacaq

spirtli-icki-ve-qadinlar-qadagan-olunmayacaq
Oxunma sayı: 632

Milli.Az xəbər portalının Reuters-ə istinadən verdiyi məlumata görə, qurum bundan sonra ölkənin "islamlaşacağı", spirtli içkilərin qadağan olunacağı, qadın və kişi çimərliklərinin bir-birindən ayrılacağına dair məlumatlara aydınlıq gətirib.

"Qardaşlar"ın sədr müavini İssam Ər-Rian ölkənin şəriət qanunları ilə idarə edilməsi planının olmadığını və belə qadağaların nəzərdə tutulmadığını açıqlayıb: "Turistlərə xidmət göstərməklə qazananlar narahat olmasınlar. Bizim məqsədimiz ildə Misirə gələn turistlərin sayını 20 milyona çatdırmaqdır".

Xatırladaq ki, bu il inqilab nəticəsində devrilmiş Hüsnü Mübarəkin dövründə Misirə ildə 12 milyonadək turist baş çəkirdi. Hazırda bu rəqəm minimuma düşüb.