“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, yanvarın 25-də Sumqayıt şəhər sakini Zülfiyyə Şirinova, Abşeron rayon sakinləri Zərnişan Vəliyeva, Aydın Məmmədov, Günel Qurbanova, Göygöl rayon sakini Sahilə Çobanova, Tovuz rayon sakinləri Köçəri Mirzəyev və Vüsalə Mirzəyeva, eləcə də Gəncə şəhər sakini Xəyalə Əmirova evlərindən dəm qazı, dərman, spirtli içki və qidadan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.