Sponsor axtarır

sponsor-axtarir
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, model axşam.az saytına açıqlamasında bildirib ki, bu dəfəki yarışma tam fərqli olacaq. V.Abbasova deyib: "Son zamanlar bütün vaxtımı müsabiqəyə sərf edirəm. İlk növbədə biz yarışma üçün iyirmi beş iştirakçı seçmişik. Həmişə bu rəqəm on iki olurdu. Yarışmanın başqa bir özəlliyi də odur ki, burada seçdiyimiz qızlar peşəkar model kimi fəaliyyət göstərirlər. İndi qızları müsabiqə üçün hazırlayırıq. Möhtəşəm final gecəsi təşkil edəcəyəm. Bütün təşkilatçı işləri mənə həvalə ediblər. Doğrudur, sponsor baxımından çətinlik çəkirik. Çünki sponsorluq etmək istəyən yoxdur. Amma bu, bizə gözəl final təşkil etməyə mane olmayacaq”.