“Sportinq”in ulduzu“Qarabağ”a qarşı oynamayacaq

sportinqin-ulduzuqarabaga-qarsi-oynamayacaq
Oxunma sayı: 1750

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Portuqaliyanın “Sportinq” klubunun ulduz futbolçusu Bas Dostun son durumuna aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, bir müddətdir zədəli olan Hollandiyanın millisinin üzvü 1 ay yaşıl meydanlardan kənar qalacaq. 29 yaşlı forvard zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq. Komanda ilə məşqlərə başlayan Luiş Naninin isə Ağdam klubuna qarşı oynayıb-oynamaycağı bəlli deyil.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-də Bakı vaxtı ilə 23-00-da baş tutacaq.