Şri-Lanka ölü sayını azaltdı - “Səhv hesablamışıq”

sri-lanka-olu-sayini-azaltdi
Oxunma sayı: 1553

Şri-Lankada 21 apreldə törədilən terror aktlarında ölənlərin sayı rəsmi olaraq 253 nəfər olduğu açıqlanıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyini sözçüsü Prasanma Adikari məlumat verib.

O bildirib ki, daha öncə ölənlərlə bağlı rəqəmlər səhv hesablanıb.

Qeyd edək ki, 24 apreldə açıqlanan məlumatda ölü sayının 359-a çatdığı deyilmişdi.