Şri-Lankada partlayışlarda ölənlərin sayı 215 oldu - Yenilənib

sri-lankada-partlayislarda-olenlerin-sayi-215-oldu
Oxunma sayı: 6868

Şri-Lankanın paytaxtı Kolomboda 3 məktəb və 3 hoteldə eyni anda partlayış törədilib.

“Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir ki, teraktlar nəticəsində ümumilikdə 20 nəfər ölüb, 160 nəfər isə yaralanıb.

Məlumata görə, kilsədə insanlar Pasxa bayramını qeyd edirmiş.

***

“Röyters”in məlumatına görə, ölənlərin sayı 42-yə çatıb. Yaralı sayı isə 280 nəfərdir.

Ölənlər arasında başqa ölkələrin vətəndaşlarının da olduğu bildrilir.

Şri-Lanka hökuməti faciə ilə əlaqədar təcili iclas keçirəcək.

***

Şri-Lankanın "Newsfirst" kanalının yaydığı məlumata görə, teraktlar 3 şəhərdə törədilib. Ümumilikdə 160 nəfər ölüb, 368 nəfər isə yaralanıb.

Partlayış törədilən məkanlar:

Koçikade kilsəsi

Katuvapitiya kilsəsi

Battikaloa kilsəsi

“Şanqri” hotel

“Cinnamon Grand” hotel

“Kinqsböri” hotel

Şəhərlər üzrə ölü və yaralı sayı:

Kolombo - 40 ölü, 295 yaralı

Katuvapitiya - 93 ölü

Battikaloa - 27 ölü, 73 yaralı

***

"Newsfirst" kanalı son rəqəmləri açıqlayıb. Məlumata görə, ölü sayı 185-ə çatıb. 500-ə qədər isə yaralı var.

Ölkədə bu gün və sabah məktəblərdə dərslər dayandırılıb.

Faciə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin, Hindistan baş naziri Narendra Modi başsağlığı verib.

***

Ölü sayı 190-a çatıb. Teraktlarda əli olmasında şübhə edilən 7 nəfər saxlanılıb.

***

Ölü sayı durmadan artır. Son məlumata görə, ölənlərin sayı 207-yə çatıb.

Yaralılardan vəziyyətininağır olanlar var. Bu səbəbdən ölənlərin sayının daha da artacağı istisna edilmir.

“Newsfirst” kanalının xəstəxanalardan topladığı son məlumatları təqdim edirik:

Milli Xəstəxana: 66 ölü, 260 yaralı

Kalubovila Xəstəxanası: 2 ölü, 6 yaralı var

Neqombo Xəstəxanası: 104 ölü, 100 yaralı

Raqama Xəstəxanası: 7 ölü, 32 yaralı

Battikaloa: 28 ölü, 51 yaralı

***

Şri-Lankada baş vermiş  partlayış əticəsində ölənlərin sayı 215 nəfər olub. Ölkədə bu gün saat 18:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq olunacaq.