Şri-Lankada daha iki partlayış törədildi

sri-lankada-daha-iki-partlayis-toredildi
Oxunma sayı: 1357

Bu sabah Şri-Lankada 3 kilsə və 3 hoteldə eyni anda törədilən partlayışdan sonra daha 2 yerdə terakt baş verib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, bir partlayış Daviveladakı zooparkın yaxınlığında törədilib.

Digər partlayış isə paytaxt Kolomboya yaxınlıqda baş verib.

Hələlik bu iki partlayışdakı itkilər barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, səhər baş verən 6 partlayışda ümumilikdə 185 nəfər ölüb, 500 nəfər isə yaralanıb.