Şri-Lankada prezident seçkilərinin tarixi açıqlandı

sri-lankada-prezident-seckilerinin-tarixi-aciqlandi
Oxunma sayı: 732

Şri-Lankada prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə isitnadən xəbər verir ki, seçkilər cari ilin 16 noyabrında keçiriləcək. Namizədlərin qeydiyyatı isə oktyabrın 7-dən başlayacaq. Artıq ölkənin ən iri partiyası “Şri-Lanka Xalq Cəbhəsi” Qotabayy Racapaksın namizədliyini irəli sürüb. O, keçmiş prezident və hazırkı müxalifət lideri Mahinda Racapaksın qardaşıdır.

Hakim partiya isə namizədini açıqlamayıb.