Şri-Lankadakı partlayışlara görə 13 nəfər saxlanıldı

sri-lankadaki-partlayislara-gore-13-nefer-saxlanildi
Oxunma sayı: 1004

Şri-Lankanın hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarda şübhəli bilinən 13 nəfəri saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanların adları və digər məlumatlar açıqlanmır. 

Qeyd edək ki, Şri-Lankanı Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş vermiş 8 partlayışda 215 nəfər ölüb, 500-dək insan yaralanıb.