Stadionda divar çökdü - 8 azarkeş öldü + Video

Stadionda divar çökdü
Oxunma sayı: 89

Seneqalın paytaxtı Dakarda “Ouakam” - “Stade de Mbour” liqa finalı matçında azarkeşlər arasında dava çıxıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, matçın son dəqiqələrində “Stade de Mbour” qələbə topunu vuraraq 2-1 qalib gəlib və qalib olub.

Oyunun final fiti çalındıqdan sonra “Ouakam” azarkeşləri rəqib azarkeşlərə hücum edib. Polis onlar müdaxilə edib və bu zaman azarkeşlər təşviş içində qaçmağa başlayıblar.

Çıxan izdiham nəticəsində stadionun divarı çöküb. Hadisə zamanı 8 nəfər ölüb, ən az 60 nəfər isə yaralanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi