Stadionda partlayış - Ölən və yaralananlar var

stadionda-partlayis
Oxunma sayı: 1528

Somalidə stadionda partlayış törədilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Aşağı Şabelle bölgəsindəki stadionda qeydə alınıb.

Məlumata əsasən, bomba stadiona əvvəlcədən yerləşdirilib. Partlayış isə yerli komandaların oyunu zamanı baş verib. Nəticədə aralarında futbolçularda olmaqla 4 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb.

İlkin məlumata görə, partlayışı Eş-Şebab terror qruplaşması törədib.

Partlayışla əlaqədar hökumət hələki açıqlama verməyib.