Stadiondakı teraktda 120 nəfər yaralanıb

stadiondaki-teraktda-120-nefer-yaralanib
Oxunma sayı: 642

“Mançester-Arena” stadionunda törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 120 nəfərə yüksəlib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, yaralanan şəxslərin yarısına hadisə yerində yardım edilib, qalanları isə xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, daha öncə partlayış nəticəsində 22 nəfərin öldüyü, 59 nəfərin yaralandığı bildirilirdi.

Terakta məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.