Stalonnedən ölümü ilə bağlı xəbərə - Reaksiya

stalonneden-olumu-ile-bagli-xebere
Oxunma sayı: 3418

“Rocky”və  “Rambo” filmləri ilə  ulduzu parlayan Silvestr Stalonnenin ölümü barədə xəbər yayılıb. “Qafqazinfo” xəbər verir ki, 71 yaşlı aktyortun Los-Angelesdəki evində ölü tapıldığı iddia olunub. 

Lakin yayılan xəbərlərdən bir neçə saat sonra məşhur aktyor instaqram hesabından paylaşım edib. 

O, “Xahiş edirəm, bu cür sərsəmliyi görməzlikdən gəlin. Yaşayıram, yaxşıyam, xoşbəxtəm və sağlamam” şərhini yazıb.