Standartlaşdırma Komitəsi “İçərişəhər”i 8-1 hesabı ilə məğlub etdi

Standartlaşdırma Komitəsi “İçərişəhər”i 8-1 hesabı ilə məğlub etdi
Oxunma sayı: 740

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan sahə həmkarlar ittifaqı təşkilatlarının komandaları arasında mini futbol üzrə keçirilən çempionatın ilk oyununda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə qarşılaşıb.

"Qafqazinfo" xəbər verir ki, Komitə əməkdaşları 8-1 hesabı ilə ilk oyundan qalibiyyətlə ayrılıb. “İçərişəhər” Dövlət İdarəsi 1-0 hesabı ilə öndə olsalar da az sonra Komitə əməkdaşları üstünlüyü ələ ala biliblər. 

Çempionatda Komitənin növbəti oyunu aprelin 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə olacaq.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi