“Stansiya”dakı bıçaqlanmaya görə tutulan var

stansiyadaki-bicaqlanmaya-gore-tutulan-var
Oxunma sayı: 637

Mayın 21-də axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidə bıçaqlanma hadisəsi baş verib. 

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, ərazidə iki nəfər arasında mübahisə baş verib. Mübahisə əlbəyaxa davaya çevrilib və tərəflərdən biri digərinə bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb.

Vətəndaşlardan alınan məlumat əsasında polislər hadisəni törədən şəxsin qaçdığı səmti dəqiqləşdirərək həmin istiqamətdə axtarış tədbirlərinə başlayıb. Axtarış nəticəsində polis hadisədə şübhəli bilinən Bakı şəhər sakini Zaur İsmayılovu saxlayıb. Z.İsmayılov hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşlarının iştirakı ilə cinayətin aləti olan bıçaq onun tulladığı yerdən tapılıb götürülüb və saxlanılan şəxs Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil verilib.