Stas Mixaylov Yerevan konsertini ləğv etdi

Stas Mixaylov Yerevan konsertini ləğv etdi
Oxunma sayı: 1295

Rusiyalı müğənni Stas Mixaylov Yerevanda aprelin 2-nə planlaşdırılan solo konsertini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənninin meneceri məlumat yayıb. 

Məlumatda bildirilir ki, konsert təşkilatçılarının vicdansızlığına və razılığın şərtlərinə əməl edilməməsinə görə müğənninin meneceri solo konserti ləğv etmək qərarı qəbul edib. 

Stasın təmsilçisi qeyd edib ki, müğənni karyerası dövründə bir dəfə də olsun öz iradəsi ilə konsertini ləğv etməyib və bu səbəbdən bilet alan hər kəsdən üzr istənilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi