Statistika Komitəsi bahalaşmanı rəqəmlərlə təsdiqlədi

statistika-komitesi-bahalasmani-reqemlerle-tesdiqledi
Oxunma sayı: 640

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz, xidmət tarifləri 0.1 faiz bahalaşıb.

İlin əvvəlindən ötən vaxt ərzində 2010-cu ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 8.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 4.5 faiz bahalaşıb.

Nigar Məmmədli