Stiv Cobsun imzaladığı jurnal rekord qiymətə satıldı - Foto

Stiv Cobsun imzaladığı jurnal rekord qiymətə satıldı
Oxunma sayı: 633

Texnologiya dünyasının ən əhəmiyyətli simalarından biri Stiv Cobs öldükdən sonra da dəyərini heç itirmədi.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, o, etdiyi yenilikləri, ifadələri və təqdimatları ilə yanaşı, hətta imzası da yüksək dəyər görür.

Belə ki, Cobsun illər öncə imzaladığı “Newsweek” jurnalı auksion vasitəsi ilə satılıb. 24 oktyabr 1988-ci ildə çap edilmiş həmin jurnalın üz qabığında onun şəkli olub. O vaxt isə Stivin 33 yaşı var idi.

Qeyd edək ki, 1000 dollar qiymətlə başlayan hərrac 18 iştirakçının mübarizəsi nəticəsində 50 587 dollara satılıb. Jurnalın yeni sahibinin adı isə açıqlanmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi