Stiven Cerrard sabiq “Qəbələ”lini qovacaq?

Stiven Cerrard sabiq “Qəbələ”lini qovacaq?
Oxunma sayı: 748

Şotlandiyanın “Reyncers” klubunun azarkeşləri komandanın yarımmüdafiəçisi Endi Hallideyin çıxışından narazıdılar.

“Qafqazinfo” xəbər verir ki, fanatlar çempionatın 38-ci turunda "Hibernian"la (5:5) matçdan sonra bununla bağlı kəskin tələblərini irəli sürüblər. Onlar yarımmüdafiəçinin qovulmasını tələb ediblər.

Qeyd edək ki, 27 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Qəbələ"də keçirib. Onunla bağlı son qərarı komandanın baş məşqçisi Stiven Cerrard verəcək. Dünya futbolunun əfsanəsi "Reyncers"ə ötən günlərdə baş məşqçi təyin olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi