Stiven Hokinq vəfat etdi

Stiven Hokinq vəfat etdi
Oxunma sayı: 2436

Dünyaca məşhur ingilis fiziki Stiven Hokinq 76 yaşında dünyasını dəyişib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə fizikin ailəsi məlumat verib. Hokinqin övladları bildirib ki, o, gecə saatlarında ölüb. 

Qeyd edək ki, o Hokinq nəzəriyyəsi ilə məşhur olub. Bu nəzəriyyəyə görə, kainat genişlənməkdə davam edir. S.Hokinq tarixən mövcud olan "Böyük partlayış" nəzəriyyəsini daha da inkişaf etdirib. Onun fikrinə görə dəliklər əbədi deyil və onlar "buxarlanma" qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia edir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir. 

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi