Stiven Hokinqdən bizə qalan miras

stiven-hokinqden-bize-qalan-miras
Oxunma sayı: 1584

76 yaşında vəfat edən ingilis fiziki Stiven Hokinqdən yayımlanmamış bir məqaləsinin miras qaldığı məlum olub.

 “Qafqazinfo” “The Times”a istinadən xəbər verir ki, bəzi alimlərin sözlərinə görə, fizikin yeni nəzəriyyəsi digər kainatların mövcüd olması sirrini təsdiqləyə bilər.

Belçikada KU Leuven Universitetinin fizika professoru Tomas Hertog, Hokinq ilə birgə yazdığı bu məqalənin elmi bir jurnal tərəfindən qiymətləndiriləcəyini söyləyib.

“Sonsuz inflyasiyadan yumşaq çıxış” adı verilən məqalə, riyaziyyatçılara “Böyük partlayış” nəzəriyyəsini davam etdirmək üçün çox sayda ipucular verdiyi bildirilir.

Ülviyyə