Stiven Hokinqin əlil arabası və dissertasiyası hərraca qoyulur

stiven-hokinqin-elil-arabasi-ve-dissertasiyasi-herraca-qoyulur
Oxunma sayı: 1450

Dünya şöhrətli fizik Stiven Hokinqin “ağıllı” əlil arabası və kainatın başlanğıcı haqda yazdığı doktorluq dissertasiyası hərraca çıxarılır.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 21 yaşından Amyotrofik lateral skleroz (ALS) xəstəliyinə tutulan Hokinqin sinir sistemi iflic olsa da, beyninin fəaliyyəti  davam edirdi. Ancaq Stiven ömrünün sonuna kimi əlil arabasına məhkum olunmuş formada yaşamağa məcbur qalır. Səsini itirən Hokinq yazıları səsə çevirən kompüteri sayəsində insanlarla ünsiyyət qura bilib. 

Stivenin əlil arabası 10-15 min sterlinq, dissertasiyası isə 100-150 min sterlinq arasında satılacaq.