Stokholmda yaşayış evində partlayış, ölən var

stokholmda-yasayis-evinde-partlayis-olen-var
Oxunma sayı: 664

Stokholmda yaşayış evində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, yerli polis partlayışda azı bir nəfərin öldüyünü açıqlayıb. 

Yerli KİV-lər partlayışa partlayıcı qurğunun səbəb ola biləcəyini yazırlar. Polis hələ ki, bu məlumatı təsdiqləməyib. Yaxınlıqdakı bina sakinləri evakuasiya ediliblər.