Stoltenberg Ərdoğandan bir daha üzr istədi

stoltenberg-erdogandan-bir-daha-uzr-istedi
Oxunma sayı: 5298

NATO baş katibi Yens Stoltenberg Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş katibi Ərdoğana zəng edərək üzr istəyib.

Stoltenberg hərbi komandanlıq tərəfindən lazımi istintaqın başlanıldığını bildirib.

Türkiyənin NATO üçün önəmli müttəfiq olduğunu vurğulayan Stoltenberq, bənzər hadisənin təkrarlanmaması üçün lazımi bütün tədbirlərin alınacağını, baş verən qalmaqalın NATO və Türkiyə arasındakı münasibətlərə mənfi təsir göstərməməsini ümid etdiyini bildirib.