STP-dən xanımlarımıza musiqili təbrik

STP-dən xanımlarımıza musiqili təbrik
Oxunma sayı: 1086

Azərbaycanın ilk texnoloji parkı olan Sumqayıt Texnologiyalar Parkı  xanımlarımızı 8 Mart münasibəti ilə özünəməxsus təzrdə təbrik etdi.

Hər zaman milli-mənəvi dəyərləri uca tutan STP, bu dəfə Azərbaycan xanımlarını tərənnüm edən əsrarəngiz retro musiqilərimizdən ibarət yeni bir popuri hazırlayıb. Yeni aranjımanın əsas fərq və konsepsiyası sözlərində xanım adları olan mahnıları  bir araya toplayıb, yalnız nəqarətlərdən ibarət popurinin yaradılması idi.

Təbrik videosu bizə 60-70-ci illərin Bakısını xatırladır. Sanki, iri bir istehsalat mərkəzinin mədəniyyət klubunda işçi heyyəti özfəaliyyət dərnəyi təşkil edərək, musiqi nömrəsi hazırlayır.

Video-çarxda ağ-qara rənglərdən istifadə olunub ki, bu da tamaşaçıların təxəyyülündə həmin dövrü canlandırır.

Ağ-qara fonda bir-birini əvəzləyən ifalardan sonra gözəllik və zəriflik simvolu olan qırmızı libaslı Xanımın səhnəyə çıxması, qadınların həyatımıza rəng qatdığı anlamını verir. Onların cəmiyyətimiz üçün nə qədər önəmli olduğu bir daha nümayiş etdirilir.

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsələni xatırladaraq, sizlərə Sumqayıt Texnologiyalar Parkının hazırladığı musiqili video-çarxı təqdim edirik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi