Strasburqdakı atışma “terror” elan edildi

strasburqdaki-atisma-terror-elan-edildi
Oxunma sayı: 1030

Strasburq meri Rolan Ris şəhərdə baş vermiş atışmanı terror aktı adlandırıb.

"Qafqazinfo”nun "Röyters”ə istinadən məlumatına görə, bu barədə o, mətbuat konfransında deyib: “Ötən gün baş verənlər terror aktı və terror hücumudur”. 

Silahlı insidentin səbəbi hələlik dəqiqləşdirikməyib. Hadisəni törədən Strasburqun 29 yaşlı sakini hələlik tutulmayıb.

Qeyd edək ki,Strasburqda atışma zamanı 4 nəfər ölüb, 13 nəfər yaralanıb.