Strasburqu qana boyayan terrorçu öldürüldü - Foto

strasburqu-qana-boyayan-terrorcu-olduruldu
Oxunma sayı: 1891

İki gün öncə Fransanın Strasburq şəhərində Kleber meydanında qurulan Yeni il bazarında insanlara atəş açan şəxs zərərsizləşdirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Kristof Kastaner məlumat verib.

Onun sözlərinə görə, Çerif Çekkat adlı 29 yaşlı terrorçu Lazaret küçəsində keçirilən əməliyyat nəticəsində öldürülüb.

Onun daha öncə oğurluq və təcavüz cinayətləri ilə bağlı Fransa, Almaniya və İsveçrə məhkəmələri tərəfindən 27 dəfə cəzalandırıldığı bildirilir.

Qeyd edək ki, Strasburqdakı hadisədə 4 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisə terror hücumu olaraq dəyərləndirilib.