Su kanalının kənarından silah-sursat tapıldı

su-kanalinin-kenarindan-silah-sursat-tapildi
Oxunma sayı: 751

Qax rayonunda su kanalının kənarından silah-sursat aşkarlanıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Qax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinmiş (paslanmış halda) “AKM-74” markalı silah, “TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.