Su quyusuna düşən azyaşlı xilas edildi

su-quyusuna-dusen-azyasli-xilas-edildi
Oxunma sayı: 1339

Tovuz rayonunda azyaşlı quyuya düşüb. 

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Tovuzda 1 nəfər azyaşlı quyuya düşərək köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını dərinliyi təqribən 4 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.