Sualtı qayığın axtarışları davam edəcək

sualti-qayigin-axtarislari-davam-edecek
Oxunma sayı: 1188

Argentina prezidenti Maurisio Makri  hökumətin itən "San-Xuan" sualtı qayığının axtarışlarını davam etdirəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Nacion” nəşri məlumat yayıb.

“Biz yaxın günlərdə sualtı qayığı tapmağa ümid edirik”,- deyə Marki söyləyib.

“Təmir edilmiş və əla vəziyyətdə olan sualtı qayıqda partlayışın hansı səbəbdən baş verdiyini anlamaq lazımdır”,- deyə prezident əlavə edib.

Qeyd edək ki, “San Xuan” sonuncu dəfə noyabrın 15-də əlaqəyə çıxıb. 66 metr uzunluğunda olan sualtı qayıqda 44 ekipaj üzvü olub.