“Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq” - Şəhriyar Məmmədyarov

“Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq”
Oxunma sayı: 1303

“Şahmat üzrə Avropa çempionu olmaq, Olimpiya çempionu olmaqdan daha çətindir. Burada yüksək səviyyəli komandalar daha tez-tez görüşürlər”.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Gənclər və İdman Nazirinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında şahmat komandamızın üzvü Şəhriyar Məmmədyarov deyib:

“Biz bu turnirdə Rusiya, Macarıstan, Ukrayna, Ermənistan, İspaniya kimi komandalarla oynadıq. Sübut etdik ki, həqiqətən Avropanın ən ağıllı xalqıyıq. Biz üçüncü dəfə Avropa çempionu olduq. Bu inanılmaz bir uğurdur”, - deyə şahmatçı bildirib.

Azərbaycan tarixində ilk dəfə FİDE reytinqində ikinci pilləyə yüksələn Ş.Məmmədyarov qeyd edib ki, hər bir şahmatçının güclü vaxtları olur:

“İnşallah, ikincidən yaxşı bir yer var, o da birincidir. Mübarizəyə qoşulub Maqnus Karlsenə qalib gəlməyə çalışacağam. Onu da məğlub etmək mümkündür”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi