“Sübut etsələr, istefa verərəm” - Davudoğlu

subut-etseler-istefa-vererem-davudoglu
Oxunma sayı: 645

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə xarici işlər naziri Əhməd Davudoğlu “SKY Türk 360” telekanalında çıxışı zamanı ona qarşı qaldırılan iddiaya cavab olaraq bildirib.

Davudoğlunun sözlərinə görə, Türkiyənin əldə etdiyi bu görünməmiş diplomatik uğura sadəcə kölgə salmaq istəyirlər: “Bunu sübut etsinlər. Nəinki belə bir danışığın, toplantının olduğunu sübut etsinlər, bir saniyə durmaz istefa edərəm. Bütün xalqın qarşısında üzr istəyər, ondan sonra nəinki xarici siyasət, ümumiyyətlə siyasət sözünü ağzıma belə almaram”.

Xatırladaq ki, bir neçə gün öncə İsrail baş nazir Benjamin Netanyahu Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq 2010-cu ildə baş vermiş “Mavi Mərmərə” hadisələrinə görə üzr istəyib.

İsrailli nazir həmçinin ölənlərin ailələrinə təzminat ödəyəcəklərini də qeyd edib.

Türkiyənin baş naziri isə üzrxahlığı qəbul edib və əməkdaşlıq münasibətlərinin qurulması üçün razılıq verib.