Süd məhsulları ilə bağlı təlim-seminar keçiriləcək

Süd məhsulları ilə bağlı təlim-seminar keçiriləcək
Oxunma sayı: 409

Oktyabrın 27-də Kənd Təsərrüfatı Nazirliyi südçülük sektorunun araşdırılması ilə bağlı təlim-seminar keçirəcək.

“Qafqazinfo”nun məlumatına görə, təlim seminar Nazirliyin Dünya Bankı ilə birlikdə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunur.

Tədbirdə ölkənin kiçik, orta və iri süd və süd məhsulları istehsalçıları və emalçıları, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan institutların, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvafiq sahə ilə məşğul olan əməkdaşları, həmçinin Avstraliya və İngiltərədən dəvət olunan 6 beynəlxalqekspert iştirak edəcək.

Təlim-seminarda Azərbaycanda süd məhsulları dəyərzəncirinin inkişaf etdirilməsi ilə bağlı mövcud vəziyyət qiymətləndiriləcək və müzakirə ediləcək.

Tədbirdə bu sahədə ölkədə və beynəlxalq aləmdə təcrübə barədə müqayisəli məlumat veriləcək, süd və süd məhsulları istehsalçılarının problemlərinə nəzər salınacaq, dəyərzəncirinin sağlam formalaşması üçün lazım olan məqamlar barədə fikir mübadiləsi aparılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi