Suda batan gəncin meyiti tapıldı - Yenilənib

suda-batan-gencin-meyiti-tapildi
Oxunma sayı: 1277

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

“Qafqazinfo”nun nazirliyə istinadən məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

Səyavuş Vəlişovun axtarışları başa çatıb. Onun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.