Suda sevgilisinə evlənmək təklifi edərkən boğulub öldü

suda-sevgilisine-evlenmek-teklifi-ederken-bogulub-oldu
Oxunma sayı: 3045

Tanzaniyada sevgilisi Keneşa Antoine ilə istirahət Steven Veber faciəvi şəkildə ölüb.

"Qafqazinfo" xəbər verir ki, ABŞ-ın Luiziana ştatından olan cütlük su altında inşa edilmiş otaqlardan biri kirayələyib.

Oğlan evlilik təklifi etmək üçün suya daxil olub. Bu zaman o, plastik şüşənin içərisində olan mətni otağın pəncərəsinə yaxınlaşdırıb. Həmin anı isə Antoine lentə alıb. 

Videonu sosial şəbəkədə paylaşan qız, "Sudan çıxa bilmədin. Buna görə də cavabımı eşitmədin. Hə, hə, milyon dəfə hə deyirəm" yazıb.

Veberin necə ölməsiylə bağlı açıqlama verilmir.