Sudan tarixində ilk

sudan-tarixinde-ilk
Oxunma sayı: 2377

Sudanın tarixində ilk dəfə olaraq qadın məhkəmə sisteminə rəhbər təyin edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün vəkil Naamat Abdulla Ali Məhkəmənin sədri seçilib. Artıq andiçməsi mərasimi keçirilib. 
Onun təyinatı Hərbi Şura və müxalif “Azadlıq və Dəyişiklik Alyansı” nümayəndələri arasında uzun mübahisələrdən sonra baş tutub. 

Qeyd edilir ki, Naamat Abdulla ölkə tarixində bu vəzifəni tutan ilk qadındır.

Aysel Kərimova