Sudanın devrilmiş prezidentinin ailəsi ölkədən qaçıb - İddia

Sudanın devrilmiş prezidentinin ailəsi ölkədən qaçıb
Oxunma sayı: 970

11 apreldə hərbi çevrilişlə devrilən Sudan prezidenti Ömər Əl Bəşirin ailəsinin ölkədən qaçdığı iddia edilib.

“Qafqazinfo” “Rosbalt”a istinadən xəbər verir ki, Misirin “Masravi” qəzeti sabiq prezidentin həyat yoldaşı Vidad Babakr və qardaşı Abdullah əl-Bəşirin Birləşmiş Ərəb Əmirliklərinə qaçdığını yazıb.

Qeyd edək ki, Əl Bəşir devrildikdən sonra hakimiyyəti ələ alan Hərbi Şura onu həbs edib. Lakin bu günə qədər onun harada saxlanıldığı barədə məlumat açıqlanmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi