“Südçülük dəyər zəncirinin araşdırılması”nın ilkin nəticələri açıqlandı

“Südçülük dəyər zəncirinin araşdırılması”nın ilkin nəticələri açıqlandı
Oxunma sayı: 423

Kənd Təsərrüfatı Nazirliyi südçülük dəyər zəncirinin iştirakçıları üçün beynəlxalq ekspertlərin iştirakı ilə təlim-seminar keçirib. 

“Qafqazinfo” xəbər verir ki, təlim-seminar Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində reallaşıb.
 
Tədbirdə Nazirliyin cəlb etdiyi beynəlxalq məsləhətçinin hazırladığı “Azərbaycanda südçülük dəyər zəncirinin araşdırılması”nın ilkin nəticələri açıqlanıb.

Kiçik, orta və iri süd istehsalçıları və süd məhsulları emalçıları ilə görüşən xarici ekspertlər bu sahədə mövcud vəziyyəti araşdırmaqla yanaşı, südçülüyün və süd məhsulları bazarının inkişafında Azərbaycanın böyük potensialının olduğu qənaətinə gəliblər. 
 
Azərbaycanda istehsal olunan südün böyük hissəsinin kiçik süd istehsalçılarının payına düşdüyünü vurğulayan ekspertlər onların özlərinə bazar tapmaqlarına, emalçılarla əlaqələrinin  yaradılmasına dəstək verilməsi gərəkdiyini bildiriblər. Ekspertlər Azərbaycanda süd istehsalı və emalının regionda yüksək nüfuzunun təmin edilməsi potensialını qeyd ediblər.
 
Tədbirdə iştirak edən süd istehsalçıları yem, dərman preparatları əldə edilməsi, müxtəlif avadanlıqların idxalı, ixtisaslı kadrların axtarışı zamanı xeyli problemlə qarşılaşdıqlarını, bu problemlərin həllində müvafiq dövlət qurumlarından dəstək gözlədiklərini bildiriblər. Espertlər fermerlərə kiçik süd istehsalı müəssisələrinin qurulması və fəaliyyəti, heyvan sağlamlığı, süd emalı müəssisələrinin fəaliyyəti barəsində məlumatlar veriblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi