Sufi şairə “atdılar” - “Mercedes”ini verib...

Sufi şairə “atdılar”
Oxunma sayı: 2185

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə şəxsə satmaqla dələduzluq etməkdə təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sufi şair Əli Ağaevli deyib ki, 2012-ci ildə oğlu Elşən Ağaevlinin adına həmin şirkətin tikdiyi binadan ev alıb: "Evi Azər Xəlilov və Abdulla Abdullayevdən almışam. Pul əvəzinə öz "Mercedes" markalı avtomobilimi vermişəm. Daha sonra evin başqasına satıldığını bildim". 

Onun oğlu Elşən Ağaevli zərərçəkmiş kimi tanınıb. Ə.Ağaevli deputatlığa namizəd olub.

Digər şahid Vidadi Qurbanov isə “AMAY” MMC-də mühasib işlədiyini və müdiri “AMAY Abdulla” ləqəbli Abdulla Abdullayevlə birgə həbs edildiyini deyib. V.Qurbanova məhkəmənin qərarı ilə şərti cəza verilib.

Proses sentyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi