Sui-qəsddə adı keçən 2 deputatın toxunulmazlığı ləğv edilib

sui-qesdde-adi-kecen-2-deputatin-toxunulmazligi-legv-edilib
Oxunma sayı: 3663

Venesuelanın Milli Təsis Yığıncağı xüsusi iclasında iki müxalifətçi deputatın parlament toxunulmazlığını ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, qərar prezident Nikolas Maduronun deputatlar – Xulio Borxes və Xuan Rekesensi ona qarşı sui-qəsddə iştirak etməkdə ittiham etməsindən sonra qəbul edilib. 

Təsis yığıncağının bütün üzvləri deputatların toxunulmazlıqlarının leyhinə səs veriblər. 

Qeyd edək ki, Borxes özü isə ittihamlara cavab olaraq baş verənləri komediya adlandırmışdı.