“Sukanal” 50 yaşını qeyd edib

sukanal-50-yasini-qeyd-edib
Oxunma sayı: 652

“Azərsu”nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdən əvvəl institutun yaranması və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
“Sukanal” ETLİ-nin direktoru Oqtay Heybətov institutun yaranma tarixinə nəzər salıb.

“Azərsu” ASC-nin Strateji İnkişaf departamentinin rəisi Əhməd Məmmədov aparılan elmi-tədqiqat və layihələndirmə işlərindən danışaraq qeyd edib ki, institutda çaylar üzərində layihələndirilən su anbarları və müxtəlif hidrotexniki qurğuların tədqiqi, çirkab suların dəniz suları ilə qarışması məsələlərinin öyrənilməsi, dəniz suyunun şirinləşdirilməsi istiqamətində geniş işlər aparılıb.

“Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov “Sukanal” ETLİ-nin əmək kollektivini yubiley münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlətində onlara uğurlar arzulayıb.

Tədbirin sonunda su təsərrüfatının inkişafında xüsusi xidmətləri olan institut əməkdaşları fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Nigar Məmmədli