Sülh üzrə Nobel mükafatı təqdim edildi

sulh-uzre-nobel-mukafati-teqdim-edildi
Oxunma sayı: 2461

Nobel sülh mükafatının təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Norveçin Oslo şəhərində baş tutan mərasimdə mükafat Nüvə Silahlarının Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniyaya (ICAN) verilib.

Bu kampaniya mükafatı nüvə silahlarına qarşı səmərəli fəaliyyətinə görə qazanıb.

2007-ci ildə yaradılan ICAN dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir.