Sulu qəlyan əleyhinə reyd

sulu-qelyan-eleyhine-reyd
Oxunma sayı: 2053

“Media forum” saytının məlumatına görə, Tehranın əxlaq təhlükəsizliyi polisinin rəisi Əlirza Mehrabi paytaxtda fəaliyyət göstərən 100-dən artıq restoran və çayxanada reyd keçirdiklərini bildirib: “Əməkdaşlarımız paytaxtın Fərəhzad məntəqəsindəki 100-dən artıq restoran və çayxanada reyd keçirərək islam qaydalarına riayət etməyən, qadınlara sulu qəlyan xidməti göstərən 87 restoran və çayxananı bağlayıb.

Həmçinin həmin restoran və çayxanalarda sulu qəlyan çəkərək hicab qaydalarına da kifayət qədər riayət etməyən xanımlar tutularaq polis bölmələrinə aparılıb”.