Sulutəpədə bir ailə yandı

sulutepede-bir-aile-yandi
Oxunma sayı: 636

Oktyabrın 29-da saat 23.00 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Əlixan Orucova məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, orada kirayədə yaşayanlar Beyləqan rayon sakinləri Məhəmməd Fərəcov, arvadı Gülbahar, azyaşlı oğlanları Sənan və Kənan yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.Məlumatı Daxili İşlər Nazirliyi yayıb.