Sulutəpəlilər aksiya keçirəcək

sulutepeliler-aksiya-kecirecek
Oxunma sayı: 634

Bu barədə “musavat.com”-a məlumat verən qəsəbə sakinləri bildiriblər ki, 60 ailə adından prezident İlham Əliyevə ünvanlanan müraciətə cavab gəlməsə, onlar administrasiya önünüdə aksiya keçirəcəklər. Sakinlər bildirblər ki, prezidentə ünvanlanan müraciətə Sulutəpədəki qarşıdurmaları əks etdirən fotolar da əlavə olunub, üstəlik dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevdən şikayət olunub. Qəsəbənin “Yeni məhəllə” küçəsinin sakini Akif İsayevin dediyinə görə son günlər Sulutəpədə baş verən olayla bağlı hüquq-mehafizə orqanlarına məlumat verilib. Onun sözlərinə görə dünən bir qrup hüquq müdafiəçisi onlarla görüşərək problemləri ilə maraqlanıblar. Müquq müdafiəçiləri sakinləri bir-bir dinləyərək problemlərinin həlli istiqamətində onlara kömək edəcəklərini bildiriblər.