“Sumqayıt” 5 futbolçu ilə gücləndi

sumqayit-5-futbolcu-ile-guclendi
Oxunma sayı: 637

“Qafqazinfo”nun verdiyi məlumata görə, ötən mövsümdə əvəzedici komandada uğurlu çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən Aydın Qasımov, Arif Vəliyev, Bəxtiyar Həsənəlizadə, Ayaz Mehdiyev və Aqşin Muxtaroğlu əsas komandaya cəlb olunublar. Adları çəkilən futbolçuların hər biri ilə iki illik müqavilə imzalanıb. Bəxtiyar Həsənəlizadə müdafiəçi, Aydın Qasımov, Ayaz Mehdiyev və Aqşin Muxtaroğlu yarımmüdafiəçi, Arif Vəliyev isə hücumçudur.