“Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzaladı

sumqayit-daha-bir-futbolcu-ile-muqavile-imzaladi
Oxunma sayı: 1151

Vurğun Hüseynov və Cavid Tağıyevin ardından "Sumqayıt" Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb.

“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı futbolçu daha 1 il "Gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyacaq. 

Qeyd edək ki, Bəxtiyar 2017/2018 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb (2430 dəqiqə) və 2 qol vurub. 2011-ci ildən "Sumqayıt" FK-da çıxış edən adıçəkilən müdafiəçi klubun heyətində ümumilikdə 144 dəfə meydana çıxıb.