Sumqayıt müxalifətçiləri də mitinq istəyir

sumqayit-muxalifetcileri-de-mitinq-isteyir
Oxunma sayı: 1043

Bu barədə “Azadlıq”a məlumatı AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı verib. Onun sözlərinə görə, dünən İctimai Palatanın Sumqatıt şəhər təşkilatının əlaqələndirmə şurası iclas keçirib: “İclasda qərara gəlindi ki, mayın 13-də aksiya keçirilsin. Bunun üçün də icra hakimiyyətinə müraciət ediləcək. Biz Sumqayıt şəhər icra hakimiyyətindən aksiyanı 28 may mədəniyyət klubunun, Nəriman Nərimanov adına mədəniyyət klubunun və Nizami parkının qarşısında keçirmək istəyirik. Yığıncaqda İctimai Palatanın Sumqayıt şəhər əlaqələndirmə şurasının AXCP, Müsavat, VHP, AMİP, AMDP və bitərəflərdən ibarət nümayəndələri iştirak edib və aksiya ilə bağlı qərar yekdilliklə qəbul edilib”.

azadliq.info